"Messi ilə "Barselona”da əla tandem təşkil edirdik.
Sonra Suarez gəldi və tortun albalısı oldu. Hər şey bizim üçün çox
yaxşı idi”.
Bu sözləri PSJ-nin hücumçusu Neymar
deyib. "Barselona”dakı karyerasını xatırlayan braziliyalı futbolçu
Lionel Messi və Luis Suarez üçün darıxdığını bildirib:
"Biz birlikdə ayrılmaz dostlar olmuşduq. O qədər yaxın idik ki,
hansımızda nə isə alınmayanda bir-birimizlə zarafat edirdik. Messi
və Suares üçün darıxıram. Biz xoşbəxt dostlar idik”.
Qeyd edək ki, Neymar mövsümün əvvəlində 222 milyon avro
qarşılığında "Barselona”dan PSJ-yə keçib.