Xəzər Xəbər

Arsen Vengerdən Şok iddia

İdman | 14:05 • 13 May 2018
Arsen Vengerdən

"Arsenal"ın baş məşqçisi Arsen Venger şok iddia ilə çıxış edib.


Fransız mütəxəssis digər London təmsilçisi "Tottenhem"in Harri Keyni sata biləcəyini iddia edib.


Onun fikrincə, "Tottenhem" 800 milyon funt-sterlinqə başa gələcək yeni stadionunun tikintisi üçün ulduz futbolçusunu satmalıdı. Əks halda bunun ağır nəticələri ola bilər. "Arsenal"ın "Highbury"dən "Emirates" stadionuna köçdüyü dönəmi xatırladan Venger "Açıq danışaq, belə bir stadion üçün "Tottenhem" Keyn kimi bəzi ulduzlarını satmalıdı. Biz "Emirates"ə köçəndə stadionun borcunu ödəmək üçün 7 il maliyyə çətinliyi yaşadıq" deyib.


Qeyd edək ki, Harri Keyn "Tottenhem"in yetirməsidi. "Transfermarkt"ın 120 milyon avro qiymət qoyduğu 24 yaşlı ulduz cari mövsümdə keçirdiyi 47 rəsmi oyunda 39 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər lenti