Xəzər Xəbər

"Mançester Siti"nin qapıçısı Ginnesin "Rekordlar" kitabına düşdü

İdman | 11:29 • 13 May 2018
"Mançester Siti"nin qapıçısı Ginnesin "Rekordlar" kitabına düşdü

"Mançester Siti" futbol komandasının braziliyalı qapıçısı Ederson Ginnesin "Rekordlar" kitabına düşüb.

"Report" xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb.

Məlumata görə, qapıçı məşq zamanı topu 75,35 metr məsafəyə atmaqla yeni rekorda imza atıb. Qeyd edilir ki, Ederson belə uzun məsafəli zərbəni üçüncü cəhddə yerinə yetirə bilib.

Daha əvvəl komanda özü İngiltərə premyer liqasında bir çempionatda qələbələrin və xalların sayına görə, həmçinin klub bir mövsümdəki qolların sayına görə rekorda imza atıb.

Xəbər lenti