Xəzər Xəbər

Birinci Devis Kuboku yenilənmiş formatda bu ölkələrdə keçirilə bilər

İdman | 16:46 • 12 May 2018
Birinci Devis Kuboku yenilənmiş formatda bu ölkələrdə keçirilə bilər

Devis Kubokunun yenilənmiş formatda birinci oyunu Madriddə və ya Fransanın şəhərlərindən birində keçirilə bilər.


AZƏRTAC xəbər verir ki, İspaniya Tennis Federasiyası nümayəndələrinin "Kosmos” investisiya şirkətinə başçılıq edən futbolçu Jerar Pike ilə görüşü olub. Tərəflər 2019-cu ildə ilk dəfə yeni formatda təşkil olunacaq turnirin təfərrüatlarını, o cümlədən yarışların keçirilmə yerini müzakirə ediblər.


İspaniya Tennis Federasiyasının prezidenti Migel Dias deyib: "Biz turnirin dörddəbir, yarımfinal və final oyunlarının Madriddə və ya Fransada keçirilməsini nəzərdə tutan formulunun variantlarını müzakirə etdik. Biz Pike ilə artıq bir neçə dəfə görüşmüşük və tezliklə yenə görüşəcəyik. Son qərar mayın axırlarında təşkilatın idarə heyətinin iclasında qəbul olunacaq”.

Xəbər lenti