Xəzər Xəbər

FIFA-da böyuk klubların rəhbərləri ilə gizli görüş

İdman | 13:29 • 11 May 2018
FIFA-da böyuk klubların rəhbərləri ilə gizli görüş

FIFA böyük klubların rəhbərləri ilə gizli toplantı keçirib.


Görüşdə "Real", "Barselona", "Mançester Siti", "Mançester Yunayted", "Yuventus", PSJ və "Bavariya" rəsmiləri iştirak edib.


Bu barədə "New York Times" məlumat yayıb. Qəzet bildirib ki, görüşdə milyardarla avro büdcəsi olacan "Project Trophy" adlı turnirlə bağlı müzakirələr aparılıb.


Klublararası dünya çempionatının yerini tutması gözlənilən turnirin 2021-ci ildə başlaması və 24 komandanın iştirakı nəzərdə tutulub. Yarış 4 ildən bir keçiriləcək.

Xəbər lenti