Xəzər Xəbər

Emenike qalmaqala səbəb oldu: "Yuxum gəlir, məşq etmirəm"

İdman | 12:38 • 11 May 2018
Emenike qalmaqala səbəb oldu:

Mövsümün əvvəlində "Fənərbaxça"dan "Olimpiakos"a transfer olan, qış fasiləsində isə Yunanıstan təmsilçisindən İspaniyanın "Las Palmas" klubuna icarəyə verilən Emmanuel Emenike qalmaqala səbəb olub.

Qışdan sonra zədə səbəbindən oynamayan hücumçu məşqdə intizamsızlıq edib. Nigeriyalı futbolçu məşqçilərə "Yuxum gəlir, məşqə davam etmək istəmirəm" deyərək gedib. 31 yaşlı hücumçu məşqçilərin cavabını gözləmədən məşqi yarımçıq qoyaraq gedib.

AS nəşrinin məlumatına görə, "Las Palmas" Emenikeni bu hərəkətinə görə ağır cəzalandıracaq.

Qeyd edək ki, Nigeriya millisinin sabiq futbolçusu mövsümün sonunda "Olimpiakos"a dönəcək.

Xəbər lenti