Xəzər Xəbər

"Mançester Siti"dən daha bir rekord

İdman | 14:14 • 10 May 2018
"Mançester Siti"dən daha bir rekord

Premyer Liqada çempionluğu ötən həftə elan edən "Mançester Siti" dünən "Briqton"u 3:1 hesabı ilə yenib.


"Şəhərlilər"in heyətində Danilo, Bernardo Silva və Fernandinyo fərqlənib. Qonaqların təsəlli qoluna isə Leonardo Ulloa imza atıb.


"Mançester Siti" vurduğu qolların sayını 105-ə çatdırıb. Pep Qvardiolanın yetirmələri bununla bir mövsüm ərzində Premyer Liqada ən çox vuran komanda olub. Bundan əvvəlki rekorda 2009/10 mövsümündə "Çelsi" imza atmışdı - 103 qol.


Fanat.Az

Xəbər lenti