Xəzər Xəbər

"Liverpul" Salahın yerinə onu alır 145 milyon avro

İdman | 14:10 • 10 May 2018
"Liverpul" Salahın yerinə onu alır

"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb.


İngiltərə klubu "Barselona"dan Osman Dembeleni transfer etmək niyyətindədi.


Belə ki, "Liverpul"un ulduzu Məhəmməd Salahın mövsümün sonunda "Real"a keçəcəyi iddia olunur. Klubun və misirli ulduzun artıq ispanlarla anlaşdığı bildirilir. İddialara görə, "Real" bu transfer üçün ingilislərə 200 milyon avro ödəyəcək.


"Liverpul" isə onun yerini Osman Dembele ilə doldurmaq istəyir. Mövsümün əvvəlində Dortmund "Borussiya"sından transfer olunan gənc ulduz zədə səbəbindən uzun müddətdi yaşıl meydanlardan kənarda qalıb. "Barselona"nın futbolçu üçün 145 milyon avro tələb etdiyi bildirilir.


Qeyd edək ki, "Barselona" Dembeleni ötən yay Dortmund "Borussiya"sından 160 milyon avroya alıb. Cari mövsümdə keçirdiyi 21 rəsmi oyunda 2 qol vurub, 8 məhsuldar ötürmə edən 20 yaşlı hücumçu uzun müddətdi zədə səbəbindən oynamır.


Fanat.Az

Xəbər lenti