Xəzər Xəbər

"Beşiktaş" sabiq hücumçusunu transfer edir

İdman | 11:56 • 10 May 2018
"Beşiktaş" sabiq hücumçusunu transfer edir

Növbəti mövsüm iddialı komanda qurmaq istəyən "Beşiktaş"transfer fəaliyyətinə başlayıb.

Cenk Tosunun "Everton"a transferindən sonra hücum xəttində sıxıntı yaşayan İstanbul klubu Vaqner Lavla Alvaro Neqredodan gözləntiləri ala bilmədi. 2,5 milyon avroya "Valensiya"dan alınan Neqredonun agentinə onun üçün yeni klub tapması tapşırılıb. Qışda 4 milyon avro qarşılığında "Alanyaspor"dan "qara qartallar" keçən Vaqner Lav üçün də gələn təkliflər dəyərləndiriləcək. Bu hücumçuların gedişindən sonra "Beşiktaş" "Göztəpə" ilə müqaviləsi başa çatacaq Demba Banı transfer edəcək.

Daha öncə "Beşiktaş"da çıxış edən seneqallı forvardın azad agent statusu daşıması bu keçidin reallaşması ehtimalını daha artırır.

32 yaşlı futbolçu 2014/2015 və 2017-ci illərdə "Beşiktaş"da çıxış edib.

Xəbər lenti