Xəzər Xəbər

"Barselona" Qrizmannı 100 milyon avroya alır

İdman | 16:49 • 9 May 2018
"Barselona" Qrizmannı 100 milyon avroya alır

"Barselona" bu yay "Atletiko"nun futbolçusu Antuan Qrizmannı transfer etməyə qərar verib.

XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu fransalı hücumçunun təzminat qiyməti olan 100 milyon avronu ödəyəcəyini Madrid təmsilçisinə bildirib. Bu transferin DÇ-2018 öncəsi yekunlaşacağı vurğulanıb.

A.Qrizmannın yeni klubunda 7 nömrəli forma geyinəcəyi yazılıb.

Xəbər lenti