Xəzər Xəbər

"Liverpul"dan 70 milyonluq transfer həmləsi

İdman | 16:45 • 9 May 2018
"Liverpul"dan 70 milyonluq transfer həmləsi

"Lion"un yarımmüdafiəçisi Nabil Fekir karyerasını İngiltərədə davam etdirə bilər.

XəzərXəbər apasport.az-a istinadən xəbər verir ki, "Liverpul" fransız futbolçunun transferini bitirmək üzrədi.

Artıq baş məşqçi Yurgen Klopp Nabil Fekirlə görüşüb və ondan transferin baş tutacağına dair razılıq alıb. Keçidin Mersisayd klubuna 70 milyon avroya başa gələcəyi gözlənilir.

24 yaşlı oyunçunu heyətində görmək istəyən bir digər ingilis klubu - "Çelsi"nin cəhdləri isə uğursuz alınıb.

Cari mövsümdə Fransa Liqa 1-də 28 matçda meydana çıxan Fekir 17 dəfə rəqib qapılarına yol tapıb, 7 dəfə isə məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti