Xəzər Xəbər

Burak Yılmaz üçün mövsüm bitdi

İdman | 16:08 • 9 May 2018
Burak Yılmaz üçün mövsüm bitdi

"Trabzonspor"un futbolçusu Burak Yılmaz üçün mövsüm bitib.


Futbolçu mövsümün son iki matçında forma geyə bilməyəcək. Buna səbəb onun belindəki ağrılardı.


Bel yırtığını əməliyyat etdirmək üçün Almaniyaya yollanan hücumçu iki həftə komandasına kömək edə bilməyəcək. O zədə səbəbindən əməliyyat olunacağını və buna baxmayaraq mövsümün sonuna qədər fədakarlıq edib meydana çıxacağını bildirsə də bu istəyinə nail olmayıb.


Burak mövsümün əvvəlində Çin klubu "Beijinq Quoan"dan 3,5 milyon avroya "Trabzonspor"a transfer olunmuşdu.


Hücumçu bu mövsüm meydana çıxdığı 25 matçda 23 qol, 4 məhsuldar ötürməyə imza atıb.

Xəbər lenti