Xəzər Xəbər

"Mançester Yunayted"dən 104 milyon avroluq transfer

İdman | 16:01 • 9 May 2018
"Mançester Yunayted"dən 104 milyon avroluq transfer

"Mançester Yunayted" transfer bombasını partladır.


İngiltərə mediası "qırmızı-heytanlar"ın "Latsio"dan Sergey Milinkoviç-Saviçin transferini bitirmək üzrə olduğunu yazıb.


İddialara görə, klublar artıq keçidi razılaşdırıblar. "Mançester Yunayted" bu transferə görə "Latsio"ya 104 milyon avro ödəyəcək.


Qeyd edək ki, "Latsio" Sergey Milinkoviç-Saviçi 2015-ci ildə "Genk"dən 18 milyon avroya almışdı. Hazırda "Transfermarkt" 23 yaşlı yarımmüdafiəçiyə 70 milyon avro qiymət qoyub. Serbiya millisinin üzvü cari mövsümdə keçirdiyi 45 rəsmi oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə edib./Fanat.Az

Xəbər lenti