Xəzər Xəbər

“Milan” klubu “Monako”nun kapitanını transfer etmək istəyir

İdman | 15:00 • 9 May 2018
“Milan” klubu “Monako”nun kapitanını transfer etmək istəyir

"Milan” klubu "Monako”nun hücumçusu Radamel Falkaonu yayda transfer edə bilər.

Xezerxeber.az xəbər verir ki, "Milan” klubu 32 yaşlı Falkaonu heyətinə cəlb etməkdə maraqlıdır. Əvəzində "Milan” portuqaliyalı Andre Silvanı təklif etməyə hazırdır. Cari mövsümdə kolumbiyalı futbolçu Fransa çempionatında 25 oyuna 18 qol vurub və 5 məhsuldar ötürmə verib. Andre Silva isə 23 oyunda cəmi iki dəfə fərqlənib.

Xəbər lenti