Xəzər Xəbər

İsveçrəli baş məşçi "Borussiya"nı çalışdıracaq

İdman | 14:16 • 9 May 2018
İsveçrəli baş məşçi "Borussiya"nı çalışdıracaq

Fransanın "Nitsa” klubunun baş məşqçisi Lüsyen Favr mövsümün sonunda klubdan ayrılacaq.

60 yaşlı mütəxəssis yeni mövsümdən Dortmund "Borussiya”sının "sükanı arxası"na keçəcək. "Sky Germany" məlumat yayıb ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

İsveçrəli çalışdırıcı bu postda Peter Şteqeri əvəzləyəcək.

Qeyd edək ki, Favr 2016-cı ildən "Nitsa”nı çalışdırır.

Xəbər lenti