Xəzər Xəbər

İnyesta sağ göstərib sol vurdu: Çinə getməyəcək

İdman | 12:46 • 9 May 2018
İnyesta sağ göstərib sol vurdu:

"Barselona” ilə yollarını ayıran futbolçu Andreas İnyesta Çinə getməyəcək.

Futbolçunun Çin klubu "Danqai Lifan” ilə reklam müqaviləsi bağladığı bildirilib.

Əslində isə İnyesta Yaponiyanın "Vissel Kobe” klubunun formasını geyinəcək. Bu barədə Çin klubundan açıqlama gəlib. Verilən məlumata görə, klub futbolçunu heyətinə qatmayıb. Sadəcə reklam razılaşması əldə edib.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, İnyesta Lukas Pdolskinin də oynadığı "Vissel Kobe”yə transfer olunacaq və ildə 25 milyon avro qazanacaq. "Barselona”nın sponsorluğunu edən şirkətin transferdə böyük rolu olduğu deyilir.

Xəbər lenti