Xəzər Xəbər

Bu gün Arda Turanın taleyinə aydınlıq gələcək

İdman | 18:28 • 8 May 2018
Bu gün Arda Turanın taleyinə aydınlıq gələcək

Bu gün "Başakşəhər”in futbolçusu Arda Turan üçün tarixi gündür.


"Sivasspor”la oyunun 90+2-ci dəqiqəsində yan hakimə hücum etdiyi üçün meydandan qovulan futbolçunun cəzası açıqlanacaq.


Onun meydandan çıxarkən oyunun baş hakimini də təhqir etdiyi, onu hədələdiyi bildirilir. Hakimlər bütün bunları oyunun protokoluna qeyd edib.


Qaydalara görə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Ardaya 10 oyunluq cəza verməlidir. Bu isə Turanın bu mövsümün son iki oyunu ilə yanaşı gələcək mövsümdə də ilk səkkiz turda meydana çıxa bilməyəcəyi deməkdi.


Ardaya belə bir cəza verilsə, onun karyerası ciddi zərbə almış olacaq. 10 oyun yetərincə ciddi cəzadır və bu müddətdə meydandan kənarda qalan futbolçunun formasını qoruması xeyli çətin görünür. Eyni zamanda son hadisələr Ardanın ictimaiyyət arasındakı nüfuzunu da zədələyib və ona olan sevgi azalıb.

Xəbər lenti