Xəzər Xəbər

Dembele satılır? - O zaman onunla maraqlanıram

İdman | 14:34 • 8 May 2018
Dembele satılır? -

"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele "Liverpul"un baş məşqçisi Yurgen Kloppun maraq dairəsindədi.

XəzərXəbər apasport.az-a istinadən xəbər verir ki, dünən keçirilən mətbuat konfransında alman mütəxəssisə fransız futbolçu ilə bağlı sual ünvanlanıb.

"Dembele satılır? O zaman onunla maraqlanıram" - deyə, Klopp sualı cavablandırıb.

Dembele ilk mövsümündə "Barselona"nın əsas heyətində möhkəmlənməkdə çətinlik çəkdiyindən, İspaniya mətbuatında katalon klubunun Dembeleni icarəyə göndərmək niyyətində olduğu haqqında xəbərlər gəzir.

Qeyd edək ki, 20 yaşlı futbolçu 95 milyon funt sterlinq qarşılığında Dortmund "Borussiya"sından "Barselona"ya transfer olunmuşdu. Bununla yanaşı, sazişə əlavə bonuslar da daxil edilib.

Xəbər lenti