Xəzər Xəbər

Əhməd Musa Superliqaya gedir

İdman | 14:32 • 8 May 2018
Əhməd Musa Superliqaya gedir

"Lester”in hücumçusu Əhməd Musa karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Hazırda icarə əsasında Moskva MOİK-də oynayan 25 yaşlı futbolçu "Beşiktaş”, "Qalatasaray” və "Fənərbaxça”nın transfer hədəfinə düşüb.

"Qalatasaray” hələ qışda Musanı heyətinə cəlb etmək istəyirdi. Həmin vaxt İstanbul klubu afrikalı forvard üçün ildə 3,5 milyon avro əmək haqqı təklif etsə də, transfer baş tutmamışdı.

Qeyd edək ki, mövsümün ikinci yarısında çıxış etdiyi Rusiya çempionatında Musa 9 görüşdə 5 qol vurub.

Xəbər lenti