Xəzər Xəbər

Şenol Günəşdən ayrılıq açıqlaması

İdman | 12:52 • 8 May 2018
Şenol Günəşdən ayrılıq açıqlaması

Türkiyə Super Liqasında çempionluq şansını möcüzəyə saxlayan "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşlə yolları ayıracağı ilə bağlı xəbərlər dolaşırdı.

Təcrübəli mütəxəssis bu şayiələrə münasibət bildirib. 65 yaşlı çalışdırıcı komandanın "sükanı arxası"nda qalacağını deyib:

"Beşiktaş"la bir illik müqaviləm var, amma bu, önəmli deyil. Azarkeşlərimiz "get" demədiyi müddətə kimi klubdayam. Xarakterim, yolum bəllidir".

Qeyd edək ki, Şenol Güneş ötən gün Super Liqanın 32-ci turunda "Kayserispor"a qalib gəldikləri görüşdə "Beşiktaş"ın baş məşqçisi kimi komandasını 100-cü oyuna çıxarıb. Günəş 2015-ci ildən "qara qartallar"ı çalışdırır.

Xəbər lenti