Xəzər Xəbər

Məhkəmə Fatih Terimin xeyrinə hökm verib

İdman | 15:04 • 7 May 2018
Məhkəmə Fatih Terimin xeyrinə hökm verib

"Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə Türkiyə Futbol Federasiyasının (TFF) məhkəməsində yekun qərar verilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, məhkəmə çalışdırıcının xeyrinə qərar verib.

Məsələ burasındadı ki, ötən il Türkiyə yığmasındakı postundan istefaya göndərilən Terim müqavilənin birtərəfli ləğv olunması səbəbindən təzminatını rəsmi yolla tələb etmişdi. 9 ay davam edən məhkəmənin yekununda federasiyanın çalışdırıcıya faizi ilə birlikdə 9 milyon lirə təzminat ödəməsi hökmü çıxarılıb.

Qeyd edək ki, ötən ilin iyul ayında Fatih Terimi istefaya göndərən yerli futbol federasiyası baş məşqçi postuna Mirça Luçeskunu gətirmişdi.

Xəbər lenti