Xəzər Xəbər

Zidan "Real"da yeni rekorda imza atdı

İdman | 14:13 • 7 May 2018
Zidan "Real"da yeni rekorda imza atdı

Zinəddin Zidan "Real"ın baş məşqçiləri arasında rekord müəyyənləşdirib.


Fransalı mütəxəssis buna La Liqanın XXXVI turunda "Barselona" ilə səfər heç-heçəsi sayəsində imza atıb. O, "Nou Kamp"dakı ilk 4 matçda uduzmayan ilk baş məşqçi olub.


Bunadək "kral klubu" "Barsa"nı 2015-2016 mövsümündə səfərdə 2:1 hesabı ilə yenib. 2016-2017 mövsümündə 1:1 hesablı heç-heçə qeydə alınıb. Cari mövsüm ərəfəsində isə İspaniya Super Kuboku uğrunda ilk görüşdə madridlilər 3:1 hesablı qələbə qazanıb.

Xəbər lenti