Xəzər Xəbər

Nuri Şahin "Fənərbaxça"ya gəlir?

İdman | 12:50 • 7 May 2018
Nuri Şahin "Fənərbaxça"ya gəlir?

Almaniyanın "Borussiya Dortmund” klubunun formasını geyinən Nuri Şahinin klubdan ayrılacağına dair xəbərlər yayılıb.

30 yaşlı futbolçunun bu mövsümün sonunda klubdan ayrılacağı gözlənilir. "Borussiya Dortmund”dan ayrılmağı düşünən Nuri Şahinin hansı klubdan dəvət aldığı açıqlanmır.

Bununla yanaşı, yayılan xəbərlərə ilk raksiya Türkiyənin "Fənərbaxça” klubundan gəlib. Klub rəsmiləri Nuri Şahini öz sıralarına qatmaq üçün hərəkətə keçib. Onlar hətta futbolçunun agenti ilə də danışıqlara başlayıblar.

Xatırladaq ki, 30 yaşlı futbolçu daha əvvəlki açıqlamalarından birində Türkiyəyə transfer olunmağı düşünmədiyini demişdi. "Fənərbaxça” klubunun təklifinə isə müsbət cavab verəcəyi gözlənilir.

Xəbər lenti