Xəzər Xəbər

Yeni dünya rekorduna hazırlaşan velosipedçi məşqdə ölüb

İdman | 11:24 • 6 May 2018
Yeni dünya rekorduna hazırlaşan velosipedçi məşqdə ölüb

Fransalı velosipedçi Fransua Jissi velosipedlə yeni dünya rekorduna hazırlıqla bağlı məşq zamanı ölüb.

APA-nın məlumatına görə, bu barədə "L'Alsace" qəzeti məlumat yayıb.

Hadisə Yuxarı Reyn departamentindəki qapalı Myunşuze uçuş və eniş xəttində baş verib. Növbəti məşq zamanı F. Jissi idarəetməni itirib və saatda 300 km sürətlə hərəkət edən velosipeddən yıxılıb. F. Jissiyə təcili tibbi yardım göstərilsə də, o, aldığı çoxsaylı xəsarətlərdən həyatını itirib.

Qeyd edək ki, F. Jissi 2014-cü ildə velosipedlə saatda 300 km rekord sürətlə hərəkət etməsi ilə məşhurlaşıb. O, bu sürətlə velosipeddə quraşdırdığı reaktiv mühərrik sayəsində nail olub.

Xəbər lenti