Xəzər Xəbər

UEFA "Liverpul"u ÇL-in qalibi elan etdi

İdman | 18:21 • 5 May 2018
UEFA "Liverpul"u ÇL-in qalibi elan etdi

UEFA-nın saytı olduqca kobud səhvə yol verib.

XəzərXəbər xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı 2017/18 mövsümündə Çempionlar Liqasının qalibinin İngiltərənin "Liverpul” klubu olduğunu göstərib.

Saytın "Tarix” bölümündə bu mövsüm ÇL-in qalibi kimi "Liverpul” qeyd olunub. Hətta İngiltərə klubunun emblemi də bölməyə yerləşdirilib. Lakin bir müddət sonra həmin səhv aradan qaldırılıb.

Qeyd edək ki, bu mövsüm ÇL-in finalında İspaniya çempionu "Real”la məhz "Liverpul” qarşılaşacaq. Bu komandalar arasındakı həlledici qarşılaşma mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq.

Xəbər lenti