Xəzər Xəbər

"Mayestro" vida oyununun tarixini açıqladı

İdman | 14:58 • 5 May 2018
"Mayestro" vida oyununun tarixini açıqladı

İtaliya yığmasının sabiq üzvü Andrea Pirlo vida oyunu keçirəcək.

XəzərXəbər goal.az-a istinadən xəbər verir ki, vida oyunu mayın 21-də "San-Siro"da baş tutacaq. Oyundan əldə ediləcək gəlir xeyriyyə məqsədi üçün sərf ediləcək.

"Mayestro"nun vida oyununda iştirak edəcək futbolçuların ilkin siyahısı da hazırdı. O, bu qarşılaşmaya bir sıra məşhur ulduzları dəvət edib. "San-Siro"da meydana Canluici Buffon, Dida, Kristian Abyatti, Leonardo Bonuççi, Fabio Kannavaro, Kaxa Kaladze, Kafu, Corco Kyellini, Paolo Maldini, Stefan Lixtştayner, Alessandro Nesta, Canluka Zambrotta, Demetrio Albertini, Daniele De Rossi, Cennaro Qattuzo, Frenk Lempard, Pepe, Ruy Koşta, Klarens Zeedorf, Marko Veratti, Françesko Totti, Alessandro Del Pyero və başqa məşhur futbolçuların çıxacağı gözlənilir.

Xəbər lenti