Xəzər Xəbər

"Qızıl top" mükafatına namizəd göstərilən Salah: "Ərəb xalqı məni..."

İdman | 17:21 • 4 May 2018
"Qızıl top" mükafatına namizəd göstərilən Salah:

"Liverpul”un ulduzu Məhəmməd Salah Çempionlar Liqasının finalı haqqında fikirlərini bölüşüb.

Misirli hücumçu finalın Ronaldo-Salah matçı olmayacağını bildirib.

"Çox yaxşı futbolçulara sahib çox yaxşı komandada oynayıram. Finala komanda yoldaşlarımla birlikdə gəldik. Tək başıma mən bunu bacara bilməzdim”.

Futbolçu "Qızıl top” mükafatı haqqında danışıb:

"Bütün ərəb xalqının "Ballon d'Or”a görə məni dəstəklədiyini bilirəm. Hər matçı qazandığımızda onlar da çox xoşbəxt olur. Ancaq indi kuboku qazanıb "Enfild”ə aparmaq haqqında düşünürəm”./publika.az

Xəbər lenti