Xəzər Xəbər

Məşhur türkiyəli futbolçu karyerasını başa vurur

İdman | 14:07 • 4 May 2018
Məşhur türkiyəli futbolçu karyerasını başa vurur

"Rubin”in türk futbolçusu Gökdəniz Qaradəniz mövsümün sonunda karyerasını başa vuracaq.

38 yaşlı futbolçu bununla bağlı keçirdiyi mətbuat konfransında açıqlayıb. Gökdəniz Qaradənizin 61 nömrəli forması əbədiləşdiriləcək.

Hücumçu Kazan klubunda 2 dəfə Rusiya çempionluğunu, Rusiya kubokunu və 2 dəfə də Super kubokunu qazanıb.

Gökdəniz "Rubin”in heyətində 299 oyun keçirib, 52 qol vurub.

Xəbər lenti