Xəzər Xəbər

"Bakcell Arena" ilə bağlı yeni qərar

İdman | 13:43 • 4 May 2018
"Bakcell Arena" ilə bağlı yeni qərar

AFFA və "Bakcell" şirkəti Bakının Nizami rayonu ərazisində yerləşən stadionun "Bakcell Arena" adlandırılması üzrə müqavilənin müddətinin uzadılmasına dair razılığa gəliblər.

XəzərXəbər xəbər verir ki, əldə edilmiş razılığa əsasən, qeyd olunan stadion növbəti il ərzində də "Bakcell Arena” adlandırılacaq.

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən arena qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək "Bakcell Arena" adlandırılıb.

Xəbər lenti