Xəzər Xəbər

"Beşiktaş" Fənərbaxça" ilə cavab matçına çıxmadı

İdman | 13:18 • 4 May 2018
"Beşiktaş" Fənərbaxça" ilə cavab matçına çıxmadı

Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində "Beşiktaş” və "Fənərbaxça” arasında baş tutan və yarıda qalan cavab qarşılaşması reallaşmayıb.

Oyunun mayın 3-də qaldığı yerdən (57-ci dəqiqə) davam etdirilməsi gözlənilirdi. Lakin "Beşiktaş” klubu öncədən də bəyan etdiyi kimi, bu görüşə çıxmaqdan imtina edib. Baş hakim Mete Kalkavan matçı təxirə salıb.

Oyunla bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək.

Xəbər lenti