Xəzər Xəbər

İnyesta Çində 81 milyon avro qazanacaq: 6 milyon şüşə şərab...

İdman | 16:21 • 3 May 2018
İnyesta Çində 81 milyon avro qazanacaq:

"Barselona"nın əməkdar futbolçusu Andres İnyestanın Çin klubu "Çuntsin Lifan” ilə bağladığı müqavilənin detalları məlum olub.

Klub təcrübəli futbolçuya 81 milyon avro müqabilində 3 illik müqavilə təklif edib. Əlavə olaraq, klub İnyestanın öz adı ilə istehsal etdirdiyi şərablardan 6 milyon şüşə alacaq. Bu isə 36 milyon avro deməkdir.

Qeyd edək ki, Andres İnyesta 2001-ci ildən "Barselona"nın formasını geyinir. O, klubu ilə 8 dəfə İspaniya çempionluğu və 6 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi olub.

Xəbər lenti