Xəzər Xəbər

“Liverpul” Avropa Kubokunda rekord müəyyən edib

İdman | 11:38 • 3 May 2018
“Liverpul” Avropa Kubokunda rekord müəyyən edib

"Liverpul” futbol klubu Çempionlar Liqasında bir mövsümdə "məhsuldarlıq” göstəricisi üzrə rekord müəyyən edib.


Xezerxeber.az xəbər verir ki, Yurgen Kloppun komandası "Roma” ilə cavab matçında iki qol vurub.


Beləliklə, Çempionlar Liqasında cari mövsümün 14 matçında "qırmızılar”ın vurduğu qolların sayı 46-ya çatıb. Bu, həm turnirin, həm də ümumiyyətlə Avropa Kuboklarının tarixində ən yaxşı nəticədir.


Çempionlar Liqasında bundan əvvəlki "məhsuldarlıq” rekordu "Barselona”ya məxsus idi. Bu komanda 1999-2000-ci illər mövsümündə 16 matçda 45 top vurmuşdu.

Xəbər lenti