Xəzər Xəbər

"Real"ın futbolçusu ÇL-in tarixinə düşdü - O, dünyada nadir oyunçulardandır ki...

İdman | 16:10 • 2 May 2018
"Real"ın futbolçusu ÇL-in tarixinə düşdü -

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Real” – "Bavariya” oyununda maraqlı anlar yaşanıb.

2:2 hesabı ilə başa çatan oyunda "Bavariya”nın bərabərlik gətirən qolunu almanların "Real”dan icarəyə götürdüyü yarımmüdafiəçi və hücumçu Xames Rodriqes vurub.

Oyundan əvvəl aid olduğu komandanın qapısına qol vuracağı təqdirdə sevinməyəcəyini deyən Xames sözünə əməl edib.

Matçın 63-cü dəqiqəsində "Real”ın qapısına yol tapan Xames vurduğu qola sevinmək əvəzinə tribunalardan əl hərəkətləri ilə üzr istəyib və məyus olub.

2014-cü ildə "Real"a transfer olan Xames bu mövsümdən etibarən icarə əsasında "Bavariya"da çıxış edir.

Qeyd edək ki, Xames Rodriqes Çempionlar Liqası tarixində həm "Real Madrid" forması ilə, həm də "Real" qarşı oynayan 7-ci futbolçu olaraq tarixə düşüb (Devid Bekhem, Alvaro Morata, Van Nistelruy, Robben, Morientes və Zamoranodan sonra).

Həmin anların görüntülərini təqdim edirik:

Xəbər lenti