Xəzər Xəbər

Avropada qarşıdurma: İtaliyanlar möcüzə axtarışına 21 nəfərlə çıxacaq

İdman | 14:02 • 2 May 2018
Avropada qarşıdurma:

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində son oyunda "Liverpul"la görüşəcək "Roma"nın matç üçün iştirak ərizəsi məlum olub.

İtaliyanların heyətində 21 futbolçunun adı yer alıb.

Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski, Andrea Romaqnoli

Müdafiəçilər: Luka Pelleqrini, Juan Jesus, Aleksandr Kolarov, Elio Kapradossi, Federiko Fazio, Alesandro Florensi, Bruno Peres, Kostas Manolas

Yarımmüdafiəçilər: Raca Nainqqolan, Lorenzo Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Gerson

Hücumçular: Edin Ceko, Patrik Şik, Cengiz Ünder, Mirko Antonuççi, Stefan Əl Şəravi

***

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində daha bir oyun baş tutacaq.

Mərhələnin cavab matçında "Liverpul” səfərdə "Roma”nın qonağı olacaq.

İngiltərədə keçirilən ilk görüşdə 5:2 hesabı ilə qalib gələn ingilislər oyuna arxayınlıqla çıxacaq. "Roma” isə möcüzə axtarışında olacaq. ¼ finalda "Barselona"nı 3:0 hesabı ilə məğlub edən italiyalıların çətinliyin öhdəsindən gəlib-gəlməyəcəyi hər kəsdə maraq oyadıb.

Matç İtaliyanın "Olimpiya" stadionunda, Bakı vaxtilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, bugünkü matçdan qalib ayrılan komanda finalda "Bavariya”nı turnirdən uzaqlaşdıran "Real”ın rəqibi olacaq.

2 may

Çempionlar Liqası

Yarımfinal: cavab oyunları

22:45. "Roma" (İtaliya) - "Liverpul" (İngiltərə)

İlk oyun - 2:5

Baş hakim: Damir Skomina (Sloveniya)

Roma. "Olimpiya” stadionu

Xəbər lenti