Xəzər Xəbər

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

İdman | 09:33 • 2 May 2018
Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib. Xezerxeber.az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab qarşılaşması keçirilib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma qollu bərabərliklə yekunlaşıb. Nəticədə "Real” finala adlayıb və ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qalibi olmaq şansını davam etdirib.

Çempionlar Liqası

Yarımfinal (cavab oyunları)

1 may

"Real” – "Bavariya” - 2:2

Qollar: K. Benzema, 11, 46 - Y. Kimmix, 3; H. Rodriges, 63

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid, "Santyaqo Bernabeu” stadionu

İlk oyun – 2:1

"Real” "Santyaqo Bernabeu"da "Bavariya”nı qəbul edib. Münhendə rəqibi üzərində 2:1 hesabı ilə qalib gələn son çempion "Real” ardıcıl 3-cü dəfə finala adlamağa nail olub.

Xəbər lenti