Xəzər Xəbər

"Real Madrid bunu bacarsa finaldadır" Zidan

İdman | 14:54 • 1 May 2018
"Real Madrid bunu bacarsa finaldadır"

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək. İlk gündə "Real Madrid" səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Bayern Münhen"i qəbul edəcək.


Real'ın baş məşqçisi Zinəddin Zidan rəqib haqqında xoş fikirlər səsləndirib:


""Bayern Münhen" böyük klub və böyük komandadır. Düşünürəm ki, səfərdə qazanılan nəticəyə görə arxayınlaşmaq olmaz və daha yaxşı çıxış etmək məcburiyyətindəyik. Əgər bunu bacarsaq, finala adlayacağıq. "Bayern Münhen" bura "come back" etmək və yaxşı oyun ortaya qoymaq üçün gələcək. Biz buna imkan verməməliyik. Meydançaya qələbə düşünərək çıxmalıyıq. Tez qol vurmalıyıq. Erkən qol üçün əlimizdən gələni edəcəyik".

Xəbər lenti