Xəzər Xəbər

"Barselona"dan sabiq oyunçularına HÖRMƏTSİZLİK Çempion olub Ardanı unutdular

İdman | 13:19 • 1 May 2018
"Barselona"dan sabiq oyunçularına HÖRMƏTSİZLİK

"Deportivo”nu 4:2 hesabı ilə məğlub edərək ikinci liqaya göndərən "Barselona” vaxtından əvvəl çempionluğu təmin etdi.

Kataloniya klubu çempionluq rəmzi olaraq futbolçuların adının yazıldığı köynək düzəltdirib.

"Tvitter" hesabından fotosu paylaşılan köynək futbolçular və azarkeşlər arasında sərt reaksiya doğurub. Belə ki, formada çempionluqda əməyi keçən futbolçularla yanaşı, baş məşqçi Ernesto Valverdenin adı yazılıb. Lakin mövsüm arasında komandadan ayrılan və ya icarəyə verilən 10 futbolçunun adı yer almayıb.

Siyahıda adı olmayan oyunçulardan Cerard Deulofeu ən sərt reaksiya verənlərdən olub. İlk dövrədə "Barselona” forması ilə 17 matça çıxan, daha sonra "Uotford”a icarəyə verilən oyunçu şokda qalıb. Gənc futbolçu paylaşıma "Liqa çempionu, mən də aranızdaydım. Yoxsa deyildim?” şərhini yazıb.

Siyahıda yer almayan başqa bir ad isə "Barselona”nın əməkdarı Xavyer Maskerano olub. Qışda Çinə gedən futbolçunun adıma yer verilməməsi təəccüb doğurub. Bundan başqa, "Başakşəhər”ə icarəyə verilən Arda Turanın adı da siyahıda görünməyib. Digərlərindən fərqli olaraq Arda bu mövsüm "Barselona” forması geyinməyib.

"Barselona”da mövsüm ərzində kubok matçlarına çıxan, ancaq siyahıda yer almayan digər oyunçular bunlardır: Oriol Buskets, Ortola, Devid Kosta, Serxi Samper, Alena, Kukurella.

publika.az

Xəbər lenti