Xəzər Xəbər

ÇL həyəcanı BAŞLADI: "Bavariya" - "Real"a qarşı

İdman | 13:35 • 1 May 2018
ÇL həyəcanı BAŞLADI:

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Real" - "Bavariya" cavab oyununa Azərbaycan, Türkiyə və Rusiya telekanallarında baxmaq mümkün olacaq.

Qarşılaşmaya canlı yayımla bu kanallarda baxa bilərsiniz:

AZƏRBAYCAN

"İdman Azərbaycan"

TÜRKİYƏ

"TRT 1"

RUSİYA

"Matç TV"

"Futbol 1"

***

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "Bavariya" ilə qarşılaşacaq "Real"ın iştirak ərizəsi məlum olub.

Zədələnən İsko və Naço komandanın son məşqlərinə qatılıb. Lakin İsko oyun üçün əsas heyətdə yer almayıb.

"Real"ın "Bavariya qarşısında heyəti:

Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Luka Zidan

Müdafiəçilər: Serxio Ramos, Rafael Varan, Naço, Marselo, Teo Ernandes

Yarımmüdafiəçilər: Toni Krus, Luka Modriç, Kasemiro, Marko Asensio, Mateo Kovaçiç, Dani Sebalyos

Hücumçular: Kriştiano Ronaldo, Kərim Benzema, Qaret Beyl, Lukas Vaskes, Borxa Mayoral

Görüş bu gün "Santyaqo Bernabeu”da, Bakı vaxtilə saat 22:45-də baş tutacaq. Bu görüşün ilk oyunu 2:1 hesabı ilə "Real”ın xeyrinə başa çatmışdı.

***

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Real”la qarşılaşacaq "Bavariya”nın iştirak ərizəsi müəyyənləşib.

Baş məşqçi Yupp Haynkes səfərə 21 futbolçu ilə gedəcək.

Siyahıda diqqət çəkən məqam komandanın aparıcı üzvü Aryen Robbenin adının olmamasıdır. Qeyd edək ki, o, "Real”la ilk görüşdə zədələnmişdi. Zədəli oyunçular siyahısına Manuel Noyer, Arturo Vidal, Kinqsli Koman və Cerom Boatenq də daxildir.

"Bavariya"nın "Real” qarşısındakı heyəti:

Sven Ulreyx, Tom Starke, Kristian Früchtl, Sandro Vaqner, Niklas Süle, Mats Hummels, Tiaqo Alkantara, Frank Riberi, Xavi Martines, Robert Levandovski, Ceyms Rodriqes, Rafinya, Xuan Bernat, Lukas Mayi, Meritan Şabani, Sebastyan Rudi, Korentin Tolisso, Tomas Müller, Devid Alaba, Niklas Dorç, Coşua Ximmix.

Xəbər lenti

Çox oxunanlar