Xəzər Xəbər

Formula 1 Azərbaycan Qran-Prisinə gələnlərin sayı artıb

İdman | 12:05 • 1 May 2018
Formula 1 Azərbaycan Qran-Prisinə gələnlərin sayı artıb

Bu günlərdə başa çatan Formula 1 Azərbaycan Qran-Prisini izləməyə 94 min tamaşaçı gəlib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti özünün "Twitter” hesabında bildirib. Beləliklə, Bakı mərhələsinə ümumilikdə gələnlərin sayı ötən illə müqayisədə 31 faiz artıb.


Xatırladaq ki, ötənilki Azərbaycan Qran-Prisini izləməyə 71451 nəfər gəlmişdi. Bu il aprelin 27-29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin yürüşləri təşkil olunub. Qran-Pri çərçivəsində Formula 2 yarışları da keçirilib.

Xəbər lenti