Xəzər Xəbər

Maradona fikrini dəyişdi

İdman | 09:37 • 1 May 2018
Maradona fikrini dəyişdi

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Füceyrə” futbol komandasının baş məşqçisi, dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona istefaya getmək fikrini dəyişərək klubla müqaviləni daha 1 il müddətinə uzadıb.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə "Əl-Füceyrə” futbol klubunun rəsmi "Tvitter” səhifəsində bildirilir.

Aprelin 27-də Maradonanın "Əl-Füceyrə”nin baş məşqçisi postundan istefa verdiyi barərə məlumat yayılmışdı. Buna səbəb kimi BƏƏ çempionatının ikinci divizionunda çıxış edən "Əl-Füceyrə”nin yüksək liqaya birbaşa vəsiqə qazana bilməməsi göstərilirdi.

Qeyd edək ki, Maradona 2017-ci ilin mayında kluba gətirilib. Bundan əvvəl o Argentinanın "Rasinq” (1995-ci il), Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vəsl” (2011-2012) klubu və Argentina yığmasına (2008-2010) başçılıq edib.

Xəbər lenti