Xəzər Xəbər

Misirli ulduzu sərt cəza gözləyir "Çelsi" ilə oyunu buraxacaq

İdman | 19:52 • 30 Aprel 2018
Misirli ulduzu sərt cəza gözləyir

"Liverpul”un misirli futbolçusu Məhəmməd Salahı sərt cəza gözləyir.

Buna səbəb ulduzun Premyer Liqanın 36-cı turunda "Stok Siti” ilə keçirilən qarşılaşmada rəqib futbolçu Bruno Martinsin başına zərbə endirməsidir.

Matç zamanı bu epizod baş hakim Andrey Marrinerin gözündən qaçsa da, İngiltərə Futbol Assosiasiyası bu olayı araşdıracaq və mövsümün sonuna qədər qərar qəbul edəcək.

Qərar Salahın əlayehinə çıxsa, o üç oyunluq cəza alacaq. Yəni misirli ulduz bu mövsüm "Brayton” və "Çelsi”, gələn mövsüm isə ilk oyunda iştirak etməyə bilər./publika.az

Xəbər lenti