Xəzər Xəbər

Türkiyəli futbolçu "Yuventus"da Fantastik maaş

İdman | 19:34 • 30 Aprel 2018
Türkiyəli futbolçu "Yuventus"da

"Liverpul"un Türkiyə əsilli futbolçusu Emre Can haqqında iddialı xəbər yayılıb.

İtaliyanın "La Gazzetta dello Sport" nəşri yarımmüdafiəçinin "Yuventus"la razılaşdığını bildirib.

Xəbərə görə, almaniyalı futbolçu "Yuve” ilə 5 illik müqaviləyə imza atacaq. Müqavilənin bəzi detallarının tamamlanması ilə 24 yaşlı yarımmüdafiəçi rəsmi şəkildə "Yuventus”un futbolçusu olacaq. Turin klubu Emreyə illik 6 milyon avro maaş söz verib.

"Transfermarkt" Emreyə 28 milyon avro qiymət qoyub.

Xəbər lenti