Xəzər Xəbər

"Roma" - "Liverpul" matçının hakimlər briqadası açıqlandı

İdman | 17:58 • 30 Aprel 2018
"Roma" - "Liverpul" matçının hakimlər briqadası açıqlandı

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Roma" - "Liverpul" oyununun hakim briqadası açıqlanıb.

XəzərXəbər UEFA-nın saytına istinadən xəbər verir ki, matç sloveniyalı hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Damir Skomina olacaq. Ona yan xətdə Yure Praprotnik və Robert Vukan, Matey Yuq və Slavko Vinçiç kömək edəcək. Dördüncü hakim isə Tomaş Klançnik olacaq.

Xatırladaq ki, "Roma" - "Liverpul" cavab görüşü mayın 2-də keçiriləcək. Qarşılaşma Bakı vaxtilə saat 22:45-də başlanacaq.

İlk oyun "Liverpul”un 5:2 hesablı üstünlüyü ilə başa çatmışdı.

Xəbər lenti