Xəzər Xəbər

"Liverpul"da ara qarışdı, məşqçi istefa verdi

İdman | 17:18 • 30 Aprel 2018
"Liverpul"da ara qarışdı, məşqçi istefa verdi

"Liverpul"un məşqçisi Jelko Buvaç İtaliyada "Roma" ilə keçirəcəkləri Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü ərəfəsində istefa verib.


Buna səbəb bosniyalı mütəxəssislə baş məşqçi Yurgen Klopp arasında yaranmış münaqişə olub.


Məlumata görə, baş məşqçi və köməkçisinin münasibətləri ciddi şəkildə korlanıb. Buvaç komandanın bugünkü taktiki çalışmalarında iştirak etməyib. O, start heyətin formalaşdırılmasına təsir imkanına da artıq malik deyil. Buvaç və Klopp 17 il ərzində müxtəlif komandalarda birlikdə işləyiblər.


Qeyd edək ki, "Roma" - "Liverpul" matçı mayın 2-də keçiriləcək. Bu komandalar arasındakı ilk görüşdə İngiltərə komandası 5:2 hesabı ilə qalib gəlib.


Fanat.Az

Xəbər lenti