Xəzər Xəbər

`Qarabağ` - `Neftçi` matçının vaxtı müəyyənləşdi

İdman | 16:33 • 30 Aprel 2018
`Qarabağ` - `Neftçi` matçının vaxtı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyun cədvəli müəyyənləşib.

Tura Gəncədə I Diviziona düşəcəyi rəsmiləşən "Kəpəz" və bürünc medal uğrunda mübarizə aparan "Sumqayıt" komandaları arasındakı görüşlə start veriləcək. Son matç isə çempion "Qarabağ"la avrokuboklara can atan daha bir klub "Neftçi" arasında olacaq.

4 may (cümə)

16:00. "Kəpəz” – "Sumqayıt”

Gəncə şəhər stadionu

5 may (şənbə)

17:00. "Səbail” – "Zirə”

"Bayıl Arena”

19:00. "Qəbələ” – "Keşlə”

Qəbələ şəhər stadionu

6 may (bazar)

19:00. "Qarabağ” – "Neftçi”

"Azersun Arena”

Xəbər lenti