Xəzər Xəbər

İdman naziri klub prezidentinə zəng etdi: "O matça çıxmasanız..."

İdman | 16:25 • 30 Aprel 2018
İdman naziri klub prezidentinə zəng etdi:

Türkiyənin idman naziri Osman Aşkın Bax "Beşiktaş” klubun prezidenti Fikret Ormana zəng edib.

İdman naziri ölkə futbolunda böhran yaranmamaq üçün komandanın "Fənərbaxça” ilə Türkiyə kuboku çərçivəsində keçiriləcək oyuna çıxmasını rica edib.

Prezident isə boykot qərarının təkcə onun düşüncəsi olmadığını bildirib və "boykotdan geri atarsam, mən bu kresloda otura bilmərəm” cavabını verib.

İdman naziri isə "son qərarı sizə buraxıram. Ən doğru olanı edəcəyinizə inanıram” mesajını göndərib.

Qeyd edək ki, Türkiyə kuboku çərçivəsində keçirilən "Fənərbaxça” – "Beşiktaş” matçı 57-ci dəqiqədə tribunada yaşanan olaylar səbəbilə yarımçıq qalmışdı. Türkiyə Futbol Federasiyası oyunun qaldığı yerdən davam etməsi qərarını vermiş, "Beşiktaş”ın idarə heyəti isə iclas keçirərək oyuna çıxmamaq qərarını qəbul etmişdi.

Xəbər lenti

Çox oxunanlar