Xəzər Xəbər

Kavani İbrahimoviçi geridə qoydu: PSJ-də tarix yazır

İdman | 14:50 • 30 Aprel 2018
Kavani İbrahimoviçi geridə qoydu:

"Paris Sen-Jermen”in hücumçusu Edinson Kavani klubun tarixinə düşüb.

Fransa Liqasının 35-ci turunda "Genqam”la oyunda (2:2) dubl edən uruqvaylı futbolçu çempionatdakı qollarının sayını 115-ə çatdırıb.

Bununla da o, Zlatan İbrahimoviçin (113) rekordunu yeniləyərək Fransa Liqasında ən çox qol vuran PSJ-li futbolçu adına yiyələnib.

Qeyd edək ki, 2013-cü ildə "Napoli”dən PSJ-ə keçən Kavani karyerası ərzində 168 qol vurub.

Xəbər lenti