Xəzər Xəbər

Ançelotti İtaliya millisinə rəhbərlikdən imtina etdi

İdman | 13:25 • 30 Aprel 2018
Ançelotti İtaliya millisinə rəhbərlikdən imtina etdi

Karlo Ançelotti futbol üzrə İtaliya milli komandasına rəhbərlik etməkdən imtina edib.

Mütəxəssis İtaliya Futbol Federasiyasının nümayəndələri ilə danışıqlar aparıb və nəticədə imtina edib.

Bu vəzifəyə namizədlər arasında Rusiyanın "Zenit” klubunun baş məşqçisi Roberto Mançini, İngiltərənin "Çelsi” komandasının baş məşqçisi Antonio Konte və hazırda milli komandanın baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Luigi Di Biadgo var.

İtaliya komandasının əvvəlki məşqçisi Giampiro Ventura ötən il noyabrın 15-də İtaliya millisini dünya çempionatına çıxara bilmədiyi üçün vəzifəsindən azad edilmişdi.

Xəbər lenti