Xəzər Xəbər

Cerrard yeni mövsümdən bu klubda çalışacaq

İdman | 12:21 • 30 Aprel 2018
Cerrard yeni mövsümdən bu klubda çalışacaq

Liverpool'un aşağı yaş qrupu üzrə komandasının məşqçisi Stiven Cerrard Şotlandiyanın Rangers klubu çalışdıracaq.

Bu haqda Britaniya mətbuatı məlumat yayıb. 37 yaşlı sabiq futbolçunun təyinatının bu mövsüm başa çatdıqdan sonra açıqlanacağı gözlənilir. Ona ilk işində sabiq şotlandiyalı futbolçu Qari MakAllister kömək edəcək.

Klub rəhbərliyi ümid edir ki, Cerrard Rangers'in əvvəlki şöhrətini özünə qaytaracaq. Hazırda komandaya Qrem Marti rəhbərlik edir

Xəbər lenti