Xəzər Xəbər

"Qalatasaray"ın prezidenti derbidən sonra qəzaya düşdü

İdman | 12:17 • 30 Aprel 2018
"Qalatasaray"ın prezidenti derbidən sonra qəzaya düşdü
"Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz avtomobil qəzası keçirib.


"Qalatasaray"ın prezidenti "Beşiktaş"la oyundan sonra qəzaya düşüb.

Belə ki, saat 00:00 radələrində M.Cengizin sürücüsünün idarə etdiyi avtomobil avtobusla toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəysə də xəsarət alan olmayıb.

Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti